Azərbaycanda sərnişindaşıma pozuntusuna görə yeni cərimə tətbiq ediləcək

Azərbaycanda sərnişindaşıma pozuntusuna görə yeni cərimə tətbiq ediləcək Layihə səsə qoyularaq qəbul edilib
Daxili siyasət
108
14 Oktyabr , 2016 14:01
Azərbaycanda sərnişindaşıma pozuntusuna görə yeni cərimə tətbiq ediləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə cərimə ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına 20 manat cərimə tətbiq ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi