Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.
Daxili siyasət
20 Yanvar , 2022 12:01
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
0 : 00
0 : 00

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

"Report" xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Son xəbərlər

Orphus sistemi