Bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı açıqlanıb

Bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı açıqlanıb Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Daxili siyasət
18 Dekabr , 2024 16:08
Bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı açıqlanıb

Hazırda Azərbaycanda bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı 5 milyon 876 min 428 nəfərdir.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Onun təqdimatında bildirib ki, seçici siyahılarında dəqiqləşdirilmə aparılır.

Qeyd edilib ki, bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

"2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 milyon 52 min 701 ədəd müəyyən edilib", - R.Qasımov əlavə edib.

Onun sözlərinə görə, səsvermə 5 min 734 seçki məntəqəsində təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi