Yuxarı

Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb

Dəyişiklik səsə qoyularaq qəbul edilib

Bakı.14 oktyabr. REPORT.AZ/ Azərbaycanda sahibkarların məsuliyyəti artırılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilmiş plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Əvvəllər sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli idisə, dəyişiklik layihəsinə əsasən, sahibkar həm də təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi