Azərbaycanda saat 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda saat 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Daxili siyasət
23 Dekabr , 2019 12:41
Azərbaycanda saat 12:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Report / Sultana Ahmadbayli

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

“Report”un xəbərinə görə, saat 12:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 2 saylı Şərur Seçki Dairəsidir. Burada 43 142 nəfərdən 11 907 nəfəri (27.60 faiz) səs verib.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Burada 37 732 nəfərdən 4 908 nəfəri (13.01 faiz) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı 18.07 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfəri səs verib.

Son xəbərlər

Orphus sistemi