Azərbaycanda Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə böyük inam var - SORĞU

Azərbaycanda Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə böyük inam var - SORĞU Azərbaycanda respondentlərin böyük əksəriyyəti Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə inanır.
Daxili siyasət
29 Mart , 2024 12:32
Azərbaycanda Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə böyük inam var - SORĞU

Azərbaycanda respondentlərin böyük əksəriyyəti Ermənistanın işğalı altındakı kəndlərin yaxın günlərdə azad ediləcəyinə inanır.

"Report" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular bu il martın 15-18-də 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Son xəbərlər

Orphus sistemi