Azərbaycanda respondentlərin 60 faizi türk dünyası ilə əməkdaşlığı üstün tutur - SORĞU

Azərbaycanda respondentlərin 60 faizi türk dünyası ilə əməkdaşlığı üstün tutur - SORĞU Azərbaycanda respondentlərin 60 faizi ürk dünyası ölkələri ilə əməkdaşlığı üstün tutur.
Daxili siyasət
23 Fevral , 2024 11:47
Azərbaycanda respondentlərin 60 faizi türk dünyası ilə əməkdaşlığı üstün tutur - SORĞU

Azərbaycanda respondentlərin 60 faizi rəsmi Bakının türk dünyası ölkələri ilə əməkdaşlığını dəstəkləyir.

“Report” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60.0%-i türk dünyası ölkələri ilə, 13.7%-i İslam ölkələri ilə, 9.9%-i məhz qonşu ölkələrlə əməkdaşlığa daha çox üstünlük verdiyini bildirib. Sorğuda iştirak edənlərin 6.6%-i keçmiş sovet ölkələri, 3.3%-i Qərb ölkələri ilə əməkdaşlığını üstün hesab etdiyini ifadə edib. Respondentlərin 2.8%-i digər cavab variantlarını səsləndirib, 3.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Son xəbərlər

Orphus sistemi