Azərbaycanda referendumqabağı təşviqat müddəti sabah başa çatır

Azərbaycanda referendumqabağı təşviqat müddəti sabah başa çatır Təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilərdi
Daxili siyasət
24 Sentyabr , 2016 10:29
Azərbaycanda referendumqabağı təşviqat müddəti sabah başa çatır

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda referendumqabağı təşviqat müddəti sabah - sentyabrın 25-də başa çatır.

"Report"un xəbərinə görə, təşviqatı ancaq referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-də saat 8.00-da dayandırılmalıdır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.

Son xəbərlər

Orphus sistemi