Yuxarı
    Bağlamaq

    Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnəcək

    Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq© Report.az

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur.

    "Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

    Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur. Hazırda qanunvericiliyə görə bu məbləğ 2 min manatdan 5 min manatadəkdir.

    Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi