Yuxarı

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasını nəzərdə tutan dəyişikliyə seçici münasibəti açıqlanıb

Seçicilərin 92,2 faizi bu təşəbbüsə “hə” deyib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasını nəzərdə tutan Konstitusiyadakı dəyişikliyə seçici münasibəti açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsilə bağlı açıqladığı ilkin məlumatlara əsasən, Prezident İlham Əliyevin “Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin” təşəbbüsünə səsvermədə iştirak edən seçicilərin 92,2 faizi “hə” deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi