Azərbaycanda nazir işdən çıxarıldı - YENİLƏNİB

Azərbaycanda nazir işdən çıxarıldı - YENİLƏNİB Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
4 Mart , 2020 17:50
Azərbaycanda nazir işdən çıxarıldı - YENİLƏNİB
0 : 00
0 : 00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.


*** 17:40

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi