Yuxarı
    Bağlamaq

    Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

    Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə nəzərdə tutulan cərimənin məbləği 20 dəfədən çox artırılır.

    “Report” xəbər verir ki, cərimənin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

    Belə ki, dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə 1 500 manatdan 2 000 manatadək miqdarda cərimə ediləcək.

    Hazırda bu cərimənin məbləği 80 manatdan 90 manatadək nəzərdə tutulub.

    Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi