Yuxarı
    Bağlamaq

    Azərbaycanda ​“Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilib

    Kitabça Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb

    Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

    Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.

    Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

    “Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet saytından (www.msk.gov.az) əldə etmək mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi