Azərbaycanda körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması qaydası açıqlanıb

Azərbaycanda körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması qaydası açıqlanıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması qaydaları”nı təsdiq edib.
Daxili siyasət
18 Oktyabr , 2018 13:34
Azərbaycanda körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması qaydası açıqlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması qaydaları”nı təsdiq edib.

“Report” xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov imzalayıb.

Bu qaydalar xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması qaydalarını və metodologiyasını, habelə körpü bankın satışı üçün başlanğıc qiymətin müəyyən olunması metodologiyasını müəyyən edir.

Qiymətləndirmə müvəqqəti inzibatçı tərəfindən həyata keçirilir. Müvəqqəti inzibatçı qiymətləndirmə prosesinə kənar qiymətləndirici cəlb edə bilər.

Sənəddə qeyd olunub ki, itkilər və xərclər baxımından daha sərfəli olan rezolyusiya metodu xərclərin əsaslandırılması və onların müqayisəli təhlili əsasında seçilir. Xərclərin əsaslandırılması və onların müqayisəli təhlili aşağıdakı ardıcıllıqla aparılır:

1. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin qiymətləndirilməsi,

2. qiymətləndirmə əsasında müəyyən edilmiş qaydada hər bir rezolyusiya metodu üzrə xərclərin müəyyən edilməsi,

3. hər bir rezolyusiya metodu üzrə müəyyən edilmiş xərclərin müqayisə edilməsi,

4. tətbiqi ən aşağı xərc yaradan rezolyusiya metodunun seçilməsi.

Qiymətləndirilən aktivin növündən və xüsusiyyətindən asılı olaraq aşağıdakı qiymətləndirmə yanaşmalarından biri və ya bir neçəsi tətbiq edilə bilər:

1.Bazar yanaşması – aktivin dəyərinin bazarda mövcud olan eyni və ya oxşar növlü aktivlərin müqayisəsi əsasında müəyyən edilməsi,

2.Gəlir yanaşması – aktivin dəyərinin aktiv üzrə gələcəkdə ehtimal olunan pul vəsaitlərinin xalis bugünkü dəyərinin hesablanması əsasında müəyyən edilməsi,

3.Xərc yanaşması – aktivin dəyərinin alıcı tərəfindən eyni faydalılığa malik aktivin əldə edilməsinə (alınmasına, tikilməsinə və s.) çəkiləcək xərcdən çox olmaması prinsipi əsasında müəyyən edilməsi.

Müvəqqəti inzibatçı (qiymətləndirici) tərəfindən yanaşma və metodların seçilməsində ən azı aşağıdakılar nəzərə alınmalıdır:

1.müəyyən aktiv növünün qiymətləndirilməsi üçün mümkün qiymətləndirmə yanaşmaları və metodlarının güclü və zəif cəhətləri,

2. bazarda müvafiq aktivlərin qiymətləndirilməsi üçün istifadə olunan yanaşma və metodlara uyğunluğu,

3.metodun (metodların) tətbiqi üçün tələb olunan etibarlı məlumatların mövcudluğu.

Aktivin qiymətləndirilməsi zamanı bazar yanaşması aşağıdakı hallarda tətbiq olunur:

1.qiymətləndirilən aktivin son 6 ay ərzində əldə edilmiş olması,

2.qiymətləndirilən aktivin və ya oxşar aktivin bazarda kütləvi ticarət olunması,

3.oxşar aktiv üzrə son 6 ay ərzində əməliyyatların müşahidə olması.

Aktivin bazar yanaşması vasitəsilə qiymətləndirilməsi üçün aşağıdakı metodlardan istifadə edilir:

1.müqayisə edilə bilən əməliyyatlar metodu – aktivin qiymətinin qiymətləndirmə predmeti olan aktivin eynisi və ya oxşarı olan aktivlər üzrə aparılmış fərdi əməliyyatlara dair məlumatlardan istifadə edərək müəyyən edilməsi,

2.kütləvi müqayisəli əməliyyat metodu – aktivin qiymətinin qiymətləndirmə predmeti olan aktivin eynisi və ya oxşarı olan kütləvi ticarət edilən aktivlər barəsində aparılmış əməliyyatlara dair məlumatlardan istifadə edərək müəyyən edilməsi.

Müqayisə edilə bilən əməliyyatlar metodu aşağıdakı qaydada tətbiq olunur:

1.bazarda istifadə olunan müqayisə vahidlərinin (aktivin eynisi və ya oxşarı olan aktivlərin) müəyyənləşdirilməsi,

2.müqayisə vahidləri üzrə qiymətlərin müəyyənləşdirilməsi,

3.müqayisə edilə bilən aktivlərlə qiymətləndirilən aktiv arasında kəmiyyət və keyfiyyət baxımından oxşar və fərqli cəhətlərinin müqayisəli təhlilinin aparılması,

4.qiymətləndirilən aktivlə oxşar aktivlər arasında fərqlər olduqda, qiymətlərə zəruri dəyişikliklərin edilməsi,

5.dəyişiklik edilmiş qiymətin aktivə tətbiqi,

6.çoxsaylı qiymətlərdən istifadə olunduqda nəticələrin uzlaşdırılması.

Kütləvi müqayisəli əməliyyat metodu aşağıdakı qaydada tətbiq olunur:

1. kütləvi təklif edilən və müqayisə edilə bilən aktivlərin və həmin aktivlər üzrə qiymətlərin müəyyənləşdirilməsi,

2. kütləvi təklif edilən və müqayisə edilə bilən aktivlərin qiymətləndirilən aktivlə bağlı məlumatlar arasında kəmiyyət və keyfiyyət baxımından oxşar və fərqli cəhətlərinin müqayisəli təhlilinin aparılması,

3. qiymətləndirilən aktivlə kütləvi təklif edilən aktivlər arasında fərqlər olduqda qiymətlərə zəruri dəyişikliklərin edilməsi,

4. dəyişiklik edilmiş qiymətin aktivə tətbiqi,

5. çoxsaylı qiymətlərdən istifadə olunduqda nəticələrin uzlaşdırılması.

Aktivin qiymətləndirilməsi zamanı gəlir yanaşması aşağıdakı hallarda tətbiq olunur:

1.aktivin gəlir yaratmaq qabiliyyəti onun qiymətinə mühüm təsir edən amil hesab edildikdə,

2. qiymətləndirilən aktivin gəlir məbləği və vaxtı ilə bağlı proqnozlar olduqda və müqayisə üçün kifayət qədər aktiv mövcud olmadıqda.

Gəlir yanaşmasının tətbiqi ilə bağlı Diskontlaşdırılmış Pul Axını (bundan sonra – DPA) metodu tətbiq edilir. DPA metodu gələcək pul axınının cari tarixə diskontlaşdırılmasına əsaslanır.

DPA metodu aşağıdakı qaydada tətbiq edilir:

1.qiymətləndirilən aktivin xüsusiyyətinə görə pul axınının ən uyğun növünün seçilməsi (məsələn, vergilər цdənilənədək və ya vergilər цdənildikdən sonrakı pul axını, məcmu pul axınları, real və ya nominal pul axını və s.),

2.pul axınının ən uyğun proqnozlaşdırıla bilən müddətinin müəyyənləşdirilməsi,

3.uyğun diskont faiz dərəcəsinin müəyyənləşdirilməsi;

4.aktivin son qalıq dəyəri də daxil olmaqla proqnozlaşdırılmış pul axınlarına diskont faiz dərəcəsinin tətbiqi.

5.Diskont faiz dərəcəsi müvəqqəti inzibatçının təqdimatı əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

Bu yanaşma aktivin əvəzetmə və ya təkrar istehsal xərclərini hesablamaqla və amortizasiya xərclərini çıxmaqla dəyərini müəyyən edir.

Xərc yanaşması aşağıdakı hallarda tətbiq olunur:

1.tənzimləyici və hüquqi məhdudiyyətlər olmadan qiymətləndirilən aktivlə eyni faydalılığa malik aktivin kifayət qədər tez formalaşdırılması mümkün olduqda,

2.aktiv birbaşa gəlir yaratmadıqda və aktivin xüsusiyyəti gəlir və ya bazar yanaşmasından istifadəyə imkan vermədikdə.

Aktivin xərc yanaşması vasitəsilə qiymətləndirilməsi üçün aşağıdakı metodlardan istifadə edilir:

1.əvəzetmə xərc metodu - aktivin eyni faydalılığa malik digər aktivlə əvəz edilməsi nəticəsində çəkiləcək xərc əsasında qiymətin müəyyənləşdirilməsi,

2.təkrar istehsal xərci metodu - aktivin dəyərinin onun eynisinin istehsalı üçün lazım olan xərcləri hesablamaqla müəyyənləşdirilməsi. Metod müasir ekvivalent aktivin xərci qiymətləndirilən aktivin eynisinin yaradılmasına çəkilən xərcdən çox olduqda və ya aktivin eynisindən əldə edilən faydalılıq müasir ekvivalent aktivdən əldə edilən faydalılıqdan çox olduğu halda tətbiq olunur,

3.toplama metodu - aktivin dəyərinin onun hissələrinin dəyərinin toplanması əsasında müəyyənləşdirilməsi.

Əvəzetmə xərc metodu aşağıdakı qaydada tətbiq olunur:

1.qiymətləndirilən aktivlə eyni faydalılığa malik olan aktivin yaradılması ilə bağlı çəkilən bütün xərcin hesablanması,

2.qiymətləndirilən aktivin amortizasiya xərcinin müəyyənləşdirilməsi,

3.qiymətləndirilən aktivin dəyərinin müəyyənləşdirilməsi üçün ümumi xərcdən amortizasiya xərclərinin çıxılması.

Təkrar istehsal xərc metodu aşağıdakı qaydada tətbiq olunur:

1.qiymətləndirilən aktivin eynisinin yaradılması ilə bağlı çəkilən bütün xərcin hesablanması,

2.qiymətləndirilən aktivin amortizasiya xərcinin müəyyənləşdirilməsi,

3.qiymətləndirilən aktivin dəyərinin müəyyənləşdirilməsi üçün ümumi xərcdən amortizasiya xərclərinin çıxılması.

Toplama metodu aşağıdakı qaydada tətbiq olunur:

1.aktivin hissələrinin dəyərinin bu Qaydalarla müəyyən edilmiş yanaşma və metodlarla müəyyənləşdirilməsi,

2.qiymətləndirilən aktivin hissələrinin dəyərinin toplanması.

Öhdəliklərin qiymətləndirilmiş dəyəri onun balans dəyərinə bərabər götürülür.

Körpü bankın satışı üçün başlanğıc qiymət aşağıdakı düsturla müəyyən edilir:

Sv=EVA – EVL + Pr

Burada: SV – körpü bankın satışı üçün başlanğıc qiymət, EVA – körpü bankın aktivlərinin bu Qaydalarla müəyyən edilmiş metodologiya əsasında qiymətləndirilmiş dəyəri, EVL – körpü bankın öhdəliklərinin bu Qaydalarla müəyyən edilmiş metodologiya əsasında qiymətləndirilmiş dəyəri, PR – körpü bank üçün müəyyən edilmiş premiumdur (olduğu halda).

Müvəqqəti inzibatçı (qiymətləndirici) körpü bankın premiumunu ən azı aşağıdakılar nəzərə alınmaqla müəyyən edir:

1.bankın filial şəbəkəsi,

2.bankın informasiya texnologiyaları sistemi,

3. bank əməkdaşlarının təcrübəsi, məhsuldarlığı və oxşar banklarla müqayisədə üstünlüyü,

4.kredit və depozit portfelinin bankın sağlam böyüməsinə gözlənilən faydası.

Hər bir rezolyusiya metodu üzrə xərclər aşağıdakı şəkildə hesablanır:

Ödəmə qabiliyyətini itirmiş bankın aktivləri aşağıdakı növlər üzrə təsnifləşdirilir:

Kredit portfeli:

1. standart kreditlər;

2. qeyri-standart təminatsız kreditlər;

3.qeyri-standart təminatlı kreditlər.

ezolyusiya metodunun dəyəri əsasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun və sığortalanmış əmanətlər istisna olmaqla digər kreditorların xərci müəyyən edilir.

Fondun xərci aşağıdakı qaydada hesablanır:

1.rezolyusiya metodunun dəyəri sıfırdan aşağı olduğu halda, Fondun xərci bu məbləğə bərabər götürülür;

2.rezolyusiya metodunun dəyəri sıfıra bərabər və ya sıfırdan böyük olduğu halda, Fondun xərci sıfıra bərabər götürülür.

Kreditorların xərci aşağıdakı qaydada hesablanır:

1.rezolyusiya metodunun dəyəri sıfırdan aşağı olduğu halda, kreditorların xərci onların kredit tələbinin balans dəyərinə bərabər götürülür,

2.rezolyusiya metodunun dəyəri sıfıra bərabər və ya sıfırdan böyük olduğu halda, kreditorların xərci onların kredit tələbinin balans dəyəri ilə rezolyusiya metodunun dəyərinin fərqinə bərabər götürülür.

Son xəbərlər

Orphus sistemi