Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Daxili siyasət
23 Dekabr , 2019 11:12
Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

“Report”un xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz (45 740 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% (42 085 seçicidən 1842 nəfər) olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.

Son xəbərlər

Orphus sistemi