Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı

Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb
Daxili siyasət
5 Aprel , 2021 11:43
Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən az nöqsan 2 halla Milli Onkologiya Mərkəzində qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə 3 halla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), 5 halla isə Milli Məclis, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi