Azərbaycanda dini təbliğat aparan əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs olunacaq

Azərbaycanda dini təbliğat aparan əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs olunacaq Dini təbliğat aparan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq
Daxili siyasət
2 Dekabr , 2015 12:55
Azərbaycanda dini təbliğat aparan əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə həbs olunacaq. "Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.

Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan dəyişikliyə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. 

Son xəbərlər

Orphus sistemi