Azərbaycanda daha çox hansı ölkə vətəndaşlarının sığınacaq axtardığı açıqlanıb

Azərbaycanda daha çox hansı ölkə vətəndaşlarının sığınacaq axtardığı açıqlanıb R​əşid Rzayev: "Dövlət Miqrasiya Xidmətinin qərarından məhkəmələrə müraciəti ildən ilə artır"
Daxili siyasət
27 Fevral , 2018 11:08
Azərbaycanda daha çox hansı ölkə vətəndaşlarının sığınacaq axtardığı açıqlanıb
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev / Report/ Firi Salim

Bakı. 27 fevral. REPORT.AZ/ "Statuslarından asılı olmayaraq Azərbaycanda sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir". 

"Report"un xəbərinə görə, bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O söyləyib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarlarından məhkəmələrə etdikləri müraciətlərin sayı ildən ilə artır: "2015-ci ildə məhkəməyə müraciətlər 8, 2016-cı ildə 11, 2017-ci ildə isə iki dəfə artıb. Belə müraciətlərin sayı ümimilikdə 38 olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub".

R.Rzayev bildirib ki, həmin müraciətlərdən 30-u rədd edilib: "Məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır".

Son xəbərlər

Orphus sistemi