Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Daxili siyasət
10 Fevral , 2022 17:56
Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzi ümumilikdə respublika üzrə 22-ci “ASAN xidmət” mərkəzidir.

"Report"un Qərb bürosunun məlumatına görə, mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb və bu ilin yanvar ayında tikintisi başa çatdırılıb.  

2 saylı Gəncə regional  “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə Mərkəzin 4 mərtəbəli inzibati binası, transformator binası, qazanxana binası, su çəni, dekorativ hovuzlar, yerüstü 2 avtomobil dayanacağı, uşaq əyləncə meydanı yaradılıb. Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən son texnologiyalardan istifadə edilib.  

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Nizami prospekti 784 ünvanında inşa edilib və əsasən Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.  

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib, divarlarına, eyni zamanda masa üzərlərinə yerləşdirilmiş tablolardakı QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə  "ASAN xidmət" və  "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid vasitəsi ilə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür. Mərkəzdə əməkdaşların sayı 208,  könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. "ASAN xidmət" mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub. 

Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, ASAN Kafe nəzərdə tutulub. “ASAN xidmət” mərkəzinin ərazisində 70 avtomobil üçün parklama yeri yaradılıb. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

12.04

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Hazırda 22 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 6-sı paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi