Azərbaycanda bir neçə DSK-nın üzvləri vəfat edib

Azərbaycanda bir neçə DSK-nın üzvləri vəfat edib Azərbaycanda bir neçə Dairə Seçki komissiyalarının (DSK) üzvləri vəfat edib.
Daxili siyasət
17 Mart , 2022 16:26
Azərbaycanda bir neçə DSK-nın üzvləri vəfat edib

Azərbaycanda bir neçə Dairə Seçki komissiyalarının (DSK) üzvləri vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə MSK katibi Mikayıl Rəhimov qurumun bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, 11 saylı Qaradağ seçki dairəsinin həlledici səs hüquqlu üzvü Bakir Əsədli, 17 saylı Yasamal üçüncü seçki dairəsi həlledici səs hüquqlu üzvü Arif Əmiraslanov, 77 saylı Astara seçki dairəsinin həlledici səs hüquqlu üzvü İmdad Qasımov, 92 saylı Zərdab-Ucar seçki dairəsinin həlledici səs hüquqlu üzvü Rasim Kərimov vəfat edib.

Son xəbərlər

Orphus sistemi