Azərbaycanda bir kəndin inzibati ərazi dairəsi ləğv edilərək dövlət reyestrindən çıxarılacaq

Azərbaycanda bir kəndin inzibati ərazi dairəsi ləğv edilərək dövlət reyestrindən çıxarılacaq İclasda komitənin ötən sessiyada fəaliyyəti barədə ətraflı məlumat verilib
Daxili siyasət
11 Sentyabr , 2015 15:35
Azərbaycanda bir kəndin inzibati ərazi dairəsi ləğv edilərək dövlət reyestrindən çıxarılacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda bir kəndin inzibati ərazi dairəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılacaq.

"Report"un məlumatına görə, parlamentin Regional məsələlər Komitəsinin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazisi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

Qanun layihəsinin 2-ci maddəsində ləğv edilən ərazi vahidlərinin dövlət reyestrindən çıxarılan Qoşadizə kəndinin 658 ha təşkil edən ərazisinin bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazisinə birləşdirilməsi öz əksini tapıb.

İclasda Komitə sədri Arif Rəhimzadə Komitənin ötən sessiyada fəaliyyəti və bu sessiyada qarşıda duran məsələlər barədə də ətraflı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi