Azərbaycanda bir hakimin iş yeri dəyişdirilib, digərinin səlahiyyətlərinə xitam verilib

Azərbaycanda bir hakimin iş yeri dəyişdirilib, digərinin səlahiyyətlərinə xitam verilib Dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb
Daxili siyasət
18 Noyabr , 2014 19:31
Azərbaycanda bir hakimin iş yeri dəyişdirilib, digərinin səlahiyyətlərinə xitam verilib
Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn Məmməd oğlu Məmmədovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, H.Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 

Son xəbərlər

Orphus sistemi