Yuxarı

Azərbaycanda bəzi dövlət müəssisələrinin adları dəyişdirilib - SİYAHI

Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadə "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında" qərar imzalayıb.

"Report" xəbər verir ki, qərar Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanının 2.8-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərarla Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb.

Bundan əlavə, qərarla Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Elmi-Tədqiqat Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun və Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılacaq.

Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılıb.

Eyni zamanda, Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu adlandırılıb.

Qərara əsasən, Elmi-Tədqiqat Aqromexanika İnstitutunun adı dəyişdirilərək, Aqromexanika Elmi-Tədqiqat İnstitutu adlandırılıb və Dövlət Aqrar Universitetinin tabeliyinə verilib.

Bundan başqa, Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kürdəmir Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Beyləqan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Beyləqan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Tərtər Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Tərtər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Şəki Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın, Salyan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Quba Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Lənkəran Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi