Yuxarı

​Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülmə müddəti başa çatıb

35 minə yaxın şəxs namizədliyini irəli sürüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülmə müddəti bu gün saat 18.00-da başa çatıb.

"Report" xəbər verir ki, son məlumata görə, 35 minə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Namizədliyi qeydə alınanların sayı 30 minə yaxındır.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi