Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün - dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
"Report"un məlumatına görə, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.
Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.
Seçkiləri prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.