Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda 65 yaşlı məhkəmə hakiminin səlahiyyət müddəti artırılıb. "Report" xəbər verir ki, bununla bağlı məsələ Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclasında müzakirə olunub.
Qərarla Gülzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinə yenidən hakim təyin edilib.
Qeyd edək ki, G.Rzayeva 2010-cu ilin avqust ayının 28-dən Ali Məhkəmənin hakimi işləyir. 1950-ci il təvəllüdlü G.Rzayevanın 2015-ci il yanvarın 13-də 65 yaşı tamam olur.
Xatırladaq ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən, 65 hakimlər üçün son yaş həddidir. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.