Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq Bununla bağlı Cinayət Məcəlləsinin 77-ci (İctimai işlər) maddəsinə dəyişiklik edilir
Daxili siyasət
136
26 Sentyabr , 2017 16:19
Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 77-ci (İctimai işlər) maddəsinə dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən, himayəsində 8 yaşınadək uşağı olan qadınlara ictimai işlər tətbiq olunmur.

Dəyişiklik layihəsində yaş həddi 3-ə endirilir. Bundan əlavə, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə də ictimai işlərin tətbiq olunmaması qeyd edilir.

İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi