Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub

Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib
Daxili siyasət
10 Mart , 2021 19:13
Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub.

İclasda həmçinin tövsiyə xarakteri daşıyan Vəkil İcraatı (Dosyesi) Qaydaları ilə bağlı məsələyə baxılmış və qaydalar qəbul olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi