Azərbaycanda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Azərbaycanda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb.
Daxili siyasət
22 Avqust , 2024 16:11
Azərbaycanda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkilərə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum səviyyədə istifadə ediləcək.

Onun sözlərinə görə, artıq seçki sistemində 2008-ci ildən - 16 ildir vebkameralardan istifadə ənənəsi formalaşıb: "Hazırkı seçkilərdə də bununla bağlı bütün addımlar atılıb. Fevralın 7-də keçirilən prezident seçkilərində veb-kameraların istifadəsi ilə bağlı təhlil məlumatlarına əsasən, veb-kameralara internet üzərindən baxış sayı 468 mindən çox olub. Bunlardan 32 mindən çoxu ölkə xaricindən baxış idi. Ölkə xaricində ən çox veb-kameralar ABŞ, Türkiyə, Böyük Britaniyadan izlənilib".

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, seçki kabinələrinə veb-kameraların heç bir aidiyyəti yoxdur, yəni kameralar o hissəni çəkə bilməz: "Veb-kameralar məntəqənin və üzvlərinin fəaliyyətini yoxlamaq üçündür".

Son xəbərlər

Orphus sistemi