Yuxarı

Azərbaycana qanunsuz gələn miqrantların əl-barmaq izləri götürüləcək

Milli Məclis “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklik edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilib. “Report” xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 6-da “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyatına alınacaqlar. 
Xatırladaq ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi