Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib

Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.
Daxili siyasət
1915
26 Yanvar , 2022 18:56
Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib

Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Belarus və Rumıniya vətəndaşları, orada daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edə biləcəklər.

Bununla da Azərbaycana hava nəqliyyatı vasitəsilə vətəndaşlarının giriş-çıxışına icazə verilən ölkələrin sayı 68-ə çatıb.

Son xəbərlər

Orphus sistemi