Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN AŞ PA-nın qəbul etdiyi qətnaməyə münasibət bildirib

    Bu sənəd Azərbaycanı AŞ PA-da iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir

    Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi AŞ PA-nın qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnaməyə münasibət bildirib. 

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu il iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının yay yarımsessiyası çərçivəsində qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir: 

    "Ərazisinin Ermənistan Respublikasının təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin olmasına baxmayaraq, Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib. Belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla, Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür".

    Məlumatda qeyd olunur ki, Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub: 

    "Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul edilmiş hər hansı sənəd isə qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı AŞ və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir".   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi