Baş nazirin müavini: "Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir"

Baş nazirin müavini: "Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir" Bakı. 19 fevral. REPORT.AZ/ “Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.
Daxili siyasət
19 Fevral , 2019 15:53
Baş nazirin müavini: Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir
Report/Elchin Murad

Bakı. 19 fevral. REPORT.AZ/ “Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir. Biz azərbaycanlı olaraq bununla qürur duyuruq. Eyni zamanda Azərbaycan da gündən-günə güclənir. Bu birlik və qardaşlıq bizim gücümüzə möhtəşəmlik qatır. İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər. Çünki iki dövlət bir-birinə o qədər bağlıdır ki, onların dostluğunun qarşısını kəsmək qeyri mümkündür”.

“Türkiyədəki sabitlik bizi çox sevindirir. Bu da Türkiyənin qüdrətinin bariz nümunəsidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan birlikdə daha da güclənəcək”, - deyə Ə.Əhmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi