Azərbaycan vətəndaşlarının 73,30 faizi Prezidentin fəaliyyətindən tam razıdır - SORĞU

Azərbaycan vətəndaşlarının 73,30 faizi Prezidentin fəaliyyətindən tam razıdır - SORĞU Sosial Tədqiqatlar Mərkəzi (STM) Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayb.
Daxili siyasət
24 Sentyabr , 2019 14:21

Sosial Tədqiqatlar Mərkəzi (STM) Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayb.

"Report"un xəbərinə görə, sorğuda iştirak edənlərə "Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır fikri ilə nə dərəcədə razısınız" sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 73,30 faizi bununla tam razı olduğunu, 20,30 faizi əsasən razılığını, 3 faizi əsasən razı olmadığını və 3,4 faizi isə heç razı olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi