Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
Daxili siyasət
- 24 yanvar, 2025
- 07:04
Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.
"Report" xəbər verir ki, bu, Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunan məsələ ilə bağlı məcəlləyə yeni madd əlavə olunması təklif edilir.
Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Son xəbərlər
22:42
Foto
Bakıda nəqliyyatın bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib - YENİLƏNİB
Hadisə22:27
Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Digər ölkələr22:22
Yaşar Gülər Pit Heqsetlə Suriyadakı hadisələri müzakirə edib
Region22:08
Kallas: Aİ etirazların amansız yatırılımasına görə İrana qarşı yeni sanksiyalar hazırlayır
Digər ölkələr21:56
Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq
Energetika21:42
Şair-dramaturq Qərib Mehdi vəfat edib
Ədəbiyyat21:35
Karni: Kanada Qrenlandiyanın özünü müəyyənetmə hüququnu müdafiə edir
Digər ölkələr21:26
Makron: Avropa Rusiya ilə dialoq aparmaq imkanını heç kimə güzəştə getməməlidir
Digər ölkələr21:12