Azərbaycan vəkilləri peşə bayramı gününü qeyd edir

Azərbaycan vəkilləri peşə bayramı gününü qeyd edir Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
Daxili siyasət
28 Dekabr , 2020 11:43
Azərbaycan vəkilləri peşə bayramı gününü qeyd edir

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

"Report"un xəbərinə görə, 28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Onun xatirəsini ehtiramla yad edən vəkillər, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi