​Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

​Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər
Daxili siyasət
15 Yanvar , 2015 17:03
​Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

“Report” “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.

Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi