Bakı. 2 noyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.
Azərbaycan
Noyabrın 2-də Astanada Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki Komissiyaları arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyası adından sədr Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyası adından sədr Berik İmaşev imzalayıblar.
Anlaşma Memorandumu bütün sahələrdə əlaqələri ilbəil genişlənən Azərbaycan və Qazaxıstanın ali seçki qurumları arasında da münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.