Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində anım tədbiri keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində anım tədbiri keçirilib Bakı. 31 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 iliyi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycan ordusunun birlik və birləşmələrində silsilə tədbirlər keçirilir.
Daxili siyasət
31 Mart , 2018 13:03
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində anım tədbiri keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 iliyi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycan ordusunun birlik və birləşmələrində silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbiri əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani açaraq 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərin, qırğınların mahiyyətindən danışıb.

Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev ermənilər tərəfindən törədilən və 100 illiyini andığımız soyqırımın həmvətənlərimizə qarşı ayrı-ayrı dövrlərdə müxtəlif formalarda davam etdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə XX əsrin sonlarında da belə cinayətləri törətdiyini qeyd edərək əminliyini bildirib ki, bu soyqırımlara baxmayaraq, güclü Azərbaycan dövləti, Azərbaycan ordusu qələbə qazanacaq.

Millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, tarix elmləri doktoru Mehman Süleymanov soyqırımı tarixindən, 1918-ci il soyqırımlarının səbəblərindən, nəticələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sərəncamının hər yerdə böyük ehtiramla yerinə yetirilməsindən danışıblar.

Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin “Vətən yad edir” rekviyem-tamaşası nümayış etdirilib.

Son xəbərlər

Orphus sistemi