Yuxarı

​Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Cari məsələlərin də baxıldığı iclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Dekabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın dekabrın 13-də və 24-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirilir ki, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması prinsipini əsas götürən Komissiya Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq müraciətlərə iclasda operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.

Cari məsələlərin də baxıldığı iclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi