Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib - YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib - YENİLƏNİB Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir.
Daxili siyasət
21 Dekabr , 2023 18:00
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib - YENİLƏNİB

Dekabrın 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) növbədənkənar XXVI Baş Məclisi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iclasın gündəliyini təqdim edib və məsələlərin müzakirəsinə başlanılıb.

Mandat komissiyasının sədri Şaban Şayev komissiyanın hesabatını təqdim edib və Baş Məclisin nümayəndələrinin yetərsay olduğunu bildirib.

Sonra AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qurumun 2018-2023-cü illər ərzində fəaliyyəti, nailiyyətləri barədə hesabat məruzəsi ilə çıxış edib. O, Qarabağ iqtisadi rayonunda AzQAC-ın fəaliyyətinin bərpası və quruculuq işləri haqqında danışıb.

Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova, Ağdam rayon bölməsinin sədr müavini Firuzə Əliyeva, Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqov çıxış edərək Baş Məclisin işinə uğurlar arzulayıb.

AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə isə çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.

Tədbirdə cari məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi barədə Baş Məclisin nümayəndələri tərəfindən yekdilliklə bəyanat qəbul edilib.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib və bununla da XXVI növbədənkənar Baş Məclis öz işini başa çatdırıb.

10:25

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir.

"Report" xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan iclasa 400 nəfərə yaxın iştirakçı qatılıb.

Son xəbərlər

Orphus sistemi