Azərbaycan Qızıl Aypara Cəmiyyəti: "Son zamanlar qərəzli kampaniyanın aparılmasının şahidi oluruq"

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: "Son zamanlar qərəzli kampaniyanın aparılmasının şahidi oluruq" "Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzli kampaniyanın aparılmasının şahidi oluruq".
Daxili siyasət
22 Avqust , 2023 15:15
Azərbaycan Qızıl Aypara Cəmiyyəti: Son zamanlar qərəzli kampaniyanın aparılmasının şahidi oluruq

"Təəssüflər olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzli kampaniyanın aparılmasının şahidi oluruq".

"Report" xəbər verir ki, bu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaydığı bəyanatda bildirilib.

Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edib ki, AzQAC Azərbaycanın Konstitusiyasına, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə, “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə, Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə, Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır.

Sənəddə bildirilib ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmiş əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur:

"Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir. Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub".

Son xəbərlər

Orphus sistemi