Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb "Təsirli tədbirlər görün!"
Daxili siyasət
6 Aprel , 2016 11:36
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT) Ermənistanla bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
“Report”un xəbərinə görə, müraciət Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Muna, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerə, ATƏT PA-nın prezidenti İlkka Kanervaya, NATO-nun baş katibi Yens Stoltenberqə, Avropa Şurasının prezidenti Donald Taska, Avropa Parlamentinin prezidenti Martin Şultza, ABŞ-ın prezidenti Barak Obamaya, Rusiyanın prezidenti Vladimir Putinə, Fransanın prezidenti Fransua Ollanda ünvanlanıb.

QHT-lər müraciətlərində beynəlxalq təşkilatları Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz və tamamilə çıxartması üçün müvafiq təsirli tədbirlər görməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi