Yuxarı

Fidan Hacıyeva “Xalq artisti” fəxri adına layiq görülüb - TAM SİYAHI

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Bakı. 5 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə fəxri adlar verilib.

“Xalq artisti”

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

“Əməkdar müəllim”

Əhədova Mətanət Məcnun qızı

Kazımzadə Elmina Mobil qızı

Musayeva Bella Sirac qızı

Mustafayeva Mehriban İsa qızı

“Əməkdar həkim”

Ağazadə Cəmilə Əyupovna

“Əməkdar Mədəniyyət İşçisi”

Abbaslı Elmira Mikayıl qızı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi