Azərbaycan Prezidentinin Naxçıvandakı nümayəndəsi Türkiyənin Baş konsulu ilə görüşüb

Azərbaycan Prezidentinin Naxçıvandakı nümayəndəsi Türkiyənin Baş konsulu ilə görüşüb Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.
Daxili siyasət
10 Fevral , 2023 16:37
Azərbaycan Prezidentinin Naxçıvandakı nümayəndəsi Türkiyənin Baş konsulu ilə görüşüb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə ölkələr arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Naxçıvanın ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi