Azərbaycan Prezidenti Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənədləri təsdiqləyib - YENİLƏNİB

Azərbaycan Prezidenti Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənədləri təsdiqləyib - YENİLƏNİB Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam da imzalayıb.
Daxili siyasət
1 Mart , 2019 16:48
Azərbaycan Prezidenti Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənədləri təsdiqləyib - YENİLƏNİB

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam da imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, 2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol” Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti müəyyən ediliblər. 


*** 15:30

Azərbaycan Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolun təsdiq ediməsi haqqında qanunu imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolu da təsdiq edib. 

Son xəbərlər

Orphus sistemi