Azərbaycan Prezidenti üç nəfəri “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti üç nəfəri “Dostluq” ordeni ilə təltif edib Dövlət başçısı daha üç sərəncam imzalayıb
Daxili siyasət
28 Dekabr , 2017 15:26
Azərbaycan Prezidenti üç nəfəri “Dostluq” ordeni ilə təltif edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilib.

Prezidentin sərəncamı ilə Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif olunub.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi