Bakı. 30 dekabr. REPORT.AZ/ “10 ilə yaxındır ki, Azərbaycan Milli Məclisinə sədrlik edirsiniz. Rəhbərliyiniz altında parlament beynəlxalq təşkilatlar və digər qurumlarla sıx əlaqələr qurub. Respublika və xalqın xeyrinə qərarların qəbul edilməsində xidmətləriniz əvəzsizdir”. “Report” xəbər verir ki, bu fikirləri parlamentdə MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov spiker Oqtay Əsədovun 65 illik yubileyini təbrik edərkən deyib.
Bu illər ərzində spiker tərəfindən dövlət başçısının uğurlu siyasi xəttinin dəstəkləndiyini deyən deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Şərəf” ordeni ilə təltif etməsi əlamətdar hadisədir: “Bütün həmkarlarım adından Sizin yubiley və təltif olunma münasibəti ilə təbrik edirik. Arzu edirik ki, 80 illik yubileyinizi də məhz bu zalda və bu vəzifədə qeyd edək”.
Spiker Oqtay Əsədov isə bir neçə dəqiqə əvvəl dövlət başçısı ilə görüşdüyünü deyib: “Şərəf” ordenini mənə cənab Prezident təqdim etdi. Təbriklərə görə hamınıza minnətdaram. Təqdimat zamanı ölkə başçısı mənə dedi ki, onun adından Milli Məclisin bütün üzvlərini Yeni il bayramı münasibəti ilə təbrik edim”.