Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb Qarabağ atı cinsinin inkişafına əlavə dəstək məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb
Daxili siyasət
19 Noyabr , 2014 19:12
Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, dövlət başçısı Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədilə qərara alıb ki, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə isə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi