Prezident İlham Əliyev Cəlilabada səfərə gedib

Prezident İlham Əliyev Cəlilabada səfərə gedib Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib
Daxili siyasət
2 Sentyabr , 2017 13:43
Prezident İlham Əliyev Cəlilabada səfərə gedib
President.az

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad rayonuna səfərə gedib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi